Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Dele Alli İtaliyaya gəlib.
“Tottenhem”dəki çıxışı ilə tanınan futbolçu karyerasını “Komo”da davam etdirə bilər. Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, 28 yaşlı ingiltərəli yarımmüdafiəçi Fransesk Fabreqasın çalışdırdığı komandada məşqə çıxacaq. Bundan sonra İtaliya klubu oyunçunun durumunu qiymətləndirəcək və onun transferi ilə bağlı qərar verəcək.
Qeyd edək ki, Dele yayın əvvəlindən klubsuz qalıb. Onun sonuncu klubu “Everton” olub. Alli bir müddət “Beşiktaş”da da çıxış edib.