Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şəxsi həyatını ictimaiyyətdən uzaq tutmağa üstünlük verən 51 yaşlı britaniyalı teleaparıcı Elison Hammond uzun müddətdən sonra ilk dəfə sevgilisi, 29 yaşlı rusiyalı model və masajçı Devid Putmanla birlikdə ictimaiyyət qarşısına çıxıb.
Kult.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, cütlük Londondakı Palladium teatrında “Take That” qrupunun xüsusi konsertində iştirak edib. Teleaparıcı tədbir zamanı sevgilisini İTV-dəki həmkarı Keyt Qaraveylə də tanış edib.
Qeyd edək ki, Elison Devidlə üç il əvvəl, rusiyalı model ona masaj edərkən tanış olub. Həmin vaxtdan bəri cütlük münasibətlərini ictimaiyyətdən gizli saxlamağa çalışıb. Onlar birlikdə yaşayır, lakin teleaparıcı rəsmi nikahı vacib şərt hesab etmir.