Məşhur iş adamı ayağından vuruldu

05.06.2025

Tribuna saytına istinadən Icma.az xəbər verir.

İzmirin Çeşmə rayonu Alaçatı Hacı Memiş Məhəlləsindəki kafedə oturan iş adamı Fatih Fil naməlum şəxsin hücumuna məruz qalıb.

Tribunainfo.az xəbər verir ki, ayağından yaralanan Filin səhhətinin yaxşı olduğu öyrənilib.

Qeyd edək ki, hücum edənin açdığı atəş nəticəsində iki güllə Filin ayağına dəyib. Qanlar içində yerə yıxılan Fatih Filə ərazidə olan vətəndaşlar tərəfindən ilkin tibbi yardım göstərilib.

Xəbərdarlıq üzərinə hadisə yerinə polis və tibb qrupları sövq edilib.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью