Məşhur iş adamı VƏFAT ETDİ

24.02.2025

Icma.az bildirir, News24 portalına istinadən.

Türkiyədə Ulusoy Denizcilik A.Ş-nin ortaqlarından olan Yılmaz Ulusoy Holdinq İdarə Heyətinin sədri Yılmaz Ulusoy uzun müddət idi ki, qan laxtalanmasından müalicə alırdı.

News24.az xəbər verir ki, həkimlərin bütün səylərinə baxmayaraq, Ulusoy fevralın 23-də həyatını itirib.

Mərhum iş adamının dəfn mərasimi bu gün günorta namazından sonra Levent Barbaros Hayrettin Paşa məscidində keçiriləcək və o, Ulus qəbiristanlığında torpağa tapşırılacaq.

YILMAZ ULUSOY KİMDİR?

1941-ci ildə Trabzonun Of rayonunda anadan olan Yılmaz Ulusoy iş həyatına Ulusoy Holdinqdə başlayıb. O, 2008-ci ildə buradan ayrılaraq öz şirkətini, Yılmaz Ulusoy Holdinqi qurub. O, həmçinin İstanbul Ticarət Palatasının (İTO), İstanbul Sənaye Palatasının (İSO), Gəmiçilik Palatasının (DTO) üzvü və TÜSİAD-ın üzvü kimi fəaliyyət göstərib.

Ulusoy 1968-1971-ci illərdə Samsunspor klubunun prezidenti olub. Ulusoy son olaraq 18-ci Ekovitrin İlin Ulduzları Mükafat Mərasimində "İş Dünyası Onur Mükafatı"nı alıb. Serap Ulusoyla ailə quran Yılmaz Ulusoyun üç övladı və beş nəvəsi var.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью