Məşhur iş adamının bu şirkətlərdəki payı 1 milyon manat azaldılıb

03.12.2024

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Altec” MMC və "Altis Qrup of Kompani” MMC nizamnamə kapitallarının azaldığını elan edib.

Ölkə.az Yeniavaz.com-a istinadən xəbər verir ki, "Altec” MMC-nin təsisçilərinin 2 dekabr 2024-cü il tarixli qərarına əsasən təsisçi Heydərov Kamal Şamil oğlunun müəssisədə olan payı 1 milyon manat dəyərində azaldılıb.
Eyni zamanda "Altis Qrup of Kompani” MMC-nin eyni tarixli təsisçi qərarına əsasən nizamnamə kapitalı 1 milyon manat dəyərində azaldılıb. 

Məlumat üçün bildirək ki, "Altis Qrup of Kompani” MMC 2006-cı ildə, "Altec” MMC isə 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Hər iki şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ştq, Bakı-duz (Rəsulzadə qəs.), ev Baksol ərazisi, m. 1-də yerləşir.

Qeyd edək ki, Heydərov Kamal Şamil oğlu eyni zamanda tanınmış iş adamı Şamil Heydərovun oğludur. Hər iki sahibkar haqqında mətbuatda müxtəlif məzmunlu məlumatlar yayılıb.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью