Məşhur ispan karyerasını bitirdi

02.07.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İspaniya yığmasının sabiq yarımmüdafiəçi Santi Kasorla peşəkar futbolçu karyerasını bitirib.

Fanat.Az xəbər verir ki, "buğalar"la 2 dəfə Avropa çempionu olmuş (2008 və 2012) 41 yaşlı Santi butslarını mıxdan asdığını sosial şəbəkə hesabında açıqlayıb.

Karyerası ərzində ölkəsinin "Vilyarreal", "Malaqa", İngiltərənin "Arsenal" və Qətərin "Əl-Sədd" klublarının da formasını geyinən Kasorla  2023-cü ildən yetirməsi olduğu "Ovyedo"da top qovurdu. Sözügedən oyunçu klub səviyyəsində 774 matça çıxaraq 144 qol və 156 məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya yığmasının heyətində meydana çıxdığı 81 görüşdə 15 qol və 11 assistlə diqqət çəkib.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью