Məşhur italiyalı bu klubun baş məşqçisi oldu

30.12.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Fabio Kannavaro Zaqreb "Dinamo"sunun baş məşqçisi təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Xorvatiya çempionu sosial şəbəkə hesabından paylaşım edib.
İtaliyalı mütəxəssis bu gün istefaya göndərilən Nenad Byelitsanı əvəzləyib. O, yeni klubunda fəaliyyətə yanvarın 3-də başlayacaq.
"Dinamo" 18 turdan sonra 29 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Zaqreblilər lider "Riyeka"dan 7 xal geri qalırlar. 
Qeyd edək ki, Fabionun rəhbərlik etdiyi son komanda "Udineze" olub. O, bu ilin iyununda vəzifəsini tərk edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью