Məşhur jurnal Makronu xoruzla təsvir etdi FOTO

08.12.2024

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Britaniyanın nüfuzlu "The Economist" jurnalında Fransadakı siyasi böhranla bağlı məqalə dərc olunub

Modern.az-ın məlumatına görə, məqalədə Makronun il ərzində 3 baş nazir itirdiyi bildirilir.

Makronun sentyabr ayında təyin etdiyi Baş nazir Mişel Barnier istefaya məcbur edilib. O, parlamentdə keçirilən səsvermədən sonra istefasını Makrona təqdim edib. Yeni baş nazir təyin edilənədək o, səlahiyyətlərinin icrasına davam edəcək.

Jurnal Baş nazirin istefasını Makronun məğlubiyyəti kimi qiymətləndirir.

Məqalənin əsas fotosunda gözü bağlı xoruzun uçuruma doğru getdiyi görünür.

Qeyd edək ki, xoruz Fransanın əsas simvollarından biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью