Məşhur jurnalist: Bəzi kişilər arvadlarının media sahəsində çalışmasını istəmir

17.12.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Türkiyənin media sektorunda narkotik, qrup seksi və sair ittihamlarla başlayan həbslər böyük ajiotaj yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsələ ilə bağlı məşhur jurnalist, eyni zamanda, siyasi şərhçi kimi tanınan Nagehan Alçı maraqlı açıqlama verib.

O, bir çox kanallarda, o cümlədən son olaraq "Habertürk"də həyata keçirilən qalmaqalı həbslərə eyham vuraraq bildirib ki, yaşananlar media sektorunda çalışanların ailələrində böyük narahatlıq yaradıb: "Artıq bəzi kişilər xanımlarının  media sektorunda işləməsindən narahatdırlar"

Onun sözlərinə görə, xüsusən son əməliyyatlarda qadın aparıcılara yönələn ittihamlardan sonra bu narahatlıq artıb: "Son əməliyyatlardan sonra yanlış təsəvvür güclənib. bir çoxlarının şəxsi həyatı - ailəsi artıq təhlükəddir. Bızi kişilər artıq xanımlarından media sektorundan ayrılaraq digər sahələrə yönəlmələrini tələb edirlər..."

Hüsyen Namazov

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью