Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Amerikalı jurnalist Taker Karlson Qətər və Səudiyyə Ərəbistanında “bombalı hücumlar planlaşdıran” İsrail Xarici Kəşfiyyat Xidməti – MOSSAD agentlərinin saxlanıldığını iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, özünə məxsus "The Tucker Carlson Show" adlı proqramda çıxış edən Karlson İsrailin Körfəz ölkələrini "rəqib" kimi görməsi səbəbindən bu ölkələrə zərər vermək istədiyini irəli sürüb.
Karlson İsrailin bu zərəri xaos və qarışıqlıq yaradaraq formalaşdırmaq istədiyini bildirib:
"Ötən gecə Qətər və Səudiyyə Ərəbistanında rəsmilərin bu ölkələrdə bombalı hücumlar planlaşdıran MOSSAD agentlərini saxladığı bir həqiqətdir".
"İsraillilər niyə İranın da hücum etdiyi iki Körfəz ölkəsində bombalamalar həyata keçirsin ki?" sualını verən Karlson İsrailin İrana, Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Bəhreynə, Omana və Küveytə zərər vermək istədiyini və buna nail olduğunu iddia edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin