Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) "NOW" kanalını cəzalandırıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanal "Şakir Paşa ailəsi" və "Kızıl qoncalar" seriallarına görə cərimələnib.
Buna səbəb olaraq adı çəkilən layihələrdə qadına şiddət, qadın və kişi münasibətlərində ayrı seçkilik, nifrət yaradacaq sözlərin istifadə olunması əsas gətirilib.