Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Almaniyanın məşhur turizm məkanlarından hesab edilən Köln kafedralına giriş ödənişli olub.
Avtosfer.az xəbər verir ki, məbədi ziyarət etmək istəyənlər 12 avro ödəməli olacqlar. Pulsuz giriş yalnız din xadimləri və 13 yaşadək uşaqlar üçün saxlanılıb. Məqsəd tikilini gələcək nəsillərə saxlamaq üçün maliyyə dayanıqlılığını təmin etməkdir. Təməli 1248-ci ildə qoyulmuş məbədi gündə 20-30 min, il ərzində isə 6 milyondan çox insan ziyarət edir. Ziyarətçi sayına görə Köln kafedralı İntibah dövrünün bir çox əsərini qabaqlayır.
Kilsədə xırda təmir işləri bu gün də davam edir. Alman inancınna görə, məbəddə təmir işləri başlayan gün dünyanın sonu olacaq.
Vüqar