Icma.az, Reyting.az saytına istinadən bildirir. Kino ulduzu Leonardo Di Kaprio rejissor Damien Şazellenin yeni ekran əsərində rol alacaq.Rey
Leonardo Di Kaprio onun çəkəcəyi yeni filmdə baş rola dəvət alıb. İnsayder Daniel Rixtman filmin kastinqi haqqında danışıb.
Onun sözlərinə görə, bu layihə real hadisələrdən bəhs edəcək.İnsayder qeyd edib ki, yeni filmin əsas süjeti əfsanəvi kaskadyorun, 2007-ci ildə vəfat etmiş Evel Knievelin bioqrafiyası olacaq.
Xatırladaq ki, amerikalı məşhur kaskadyor Evel ən təhlükəli tryukların müəllifi kimi tarixə düşüb.
Kaskadyor öz fəaliyyəti dövründə müxtəlif şəraitlərdə mümkünsüz görünən ən çətin, hətta ölümlə nəticələnə biləcək manevrləri yerinə yetirmək bacarığına malik olub.
Amerikalı məşhur kaskadyor Evel Knievel motosikletlə tullanışları vaxtı aldığı zədələrə və sınıqlarının sayına görə sağlığında əvəzsiz, ən təhlükəli tryukların ustası kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Onun digər kaskadyorların bacara bilmədiyi ən çətin, üstəlik, hər anı ölümlə bitməsi mümkün görünən, lakin bununla belə hamısı da uğurla bitən 400-dən çox səhnəsi olub.
Rejissor Damien Şazellenin şəxsi istəyi ilə filmin ssenarisini Uilyam Monahen yazıb.