Məşhur kino ulduzunun bu addımı marağa səbəb oldu

19.01.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"The Divide" filminin yaradıcıları tanınmış aktyor Kristofer Uokenə serialın epizodlarını DVD-də göndərirlər. Çünki aktyor videoları onlayn izləyə bilmir.

Milli.Az xəbər verir ki, kino ulduzu bu barədə "SiriusXM"in aparıcısı Endi Koenlə müsahibəsində danışıb.

Aktyorlar şouya "Apple TV+"da serialın ikinci mövsümünün təqdimatından əvvəl çıxıblar.

Jurnalist 81 yaşlı sənətçinin ilk sezonu görüb-görmədiyini soruşub. Serialda optika və dizayn departamentinin rəhbəri Bert Qudman rolunu oynayan aktyor "yox" cavabını verib.

"Bütün epizodlara baxmamışam. Baxa bilmirəm, avadanlığım yoxdur. Mənə DVD göndərirlər. Mənim abunəliyim və ya başqa nəyimsə də yoxdur", - Uoken deyib./oxu.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью