Məşhur klinika vergi borcunu vaxtında ödəməyib

08.04.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Paytaxtda fəaliyyət göstərən aparıcı özəl klinikalardan birinin – “Citomed”in bağlı olduğu “Citomed” MMC-nin (VÖEN – 4401388761) dövlət büdcəsinə vergi borcu yaranıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Citomed” MMC-nin 8 aprel 2026-cı il tarixinə olan vergi borcu 12 min 286 manat 81 qəpik olub.
Məlumat üçün bildirək ki, 2018-ci ildə dövlət qeydiyyatına alınan “Citomed” MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Quliyeva Elnarə Nəbi qızıdır. MMC qeydiyyata alınan zaman hüquqi ünvanı Qəbələ rayonunun Tüntül kəndində yerləşib və ilk qanuni təmsiçisi də Xitilov Babək Mehman oğlu olub.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью