Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Roma” klubu yeni stadionunun inşası üçün yerli hakimiyyət orqanlarından icazə alıb.
QOL.az xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, yeni arena 60 min azarkeş tutumuna malik olacaq.
Layihənin ümumi dəyəri 1,37 milyard avro qiymətləndirilir. Tikinti işlərinə 2027-ci ilin martında başlanılması planlaşdırılır.
Yeni stadionun 2032-ci ildə İtaliya və Türkiyənin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının oyunlarını qəbul edəcəyi də bildirilir. Arenanın AVRO-2032-nin yarımfinal və hətta final matçına ev sahibliyi etməsi variantı nəzərdən keçirilə bilər.
Xatırladaq ki, hazırda klub ev oyunlarını Roma Olimpiya Stadionunda keçirir.