Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"Qalatasaray"ın və Türkiyə milli komandasının üzvü Barış Alper Yılmaz Avropanın diqqət mərkəzində qalmaqda davam edir. Məlumata görə, futbolçunun vəziyyətini bir neçə İngiltərə Premyer Liqası klubu yaxından izləyir.
Demokrat.az xəbər verir ki, transfer yarışına qoşula biləcək sürpriz klub isə Fransanın "Monako" komandası hesab olunur.
Xatırladılır ki, ötən mövsümün əvvəlində Səudiyyə Ərəbistanının "NEOM" klubu 26 yaşlı cinah oyunçusunu transfer etmək üçün ciddi maraq göstərmişdi. Həmin dövrdə tərəflər arasında müəyyən gərginlik yaransa da, sonradan məsələ həllini tapmış və futbolçu "Qalatasaray"da qalmışdı. O, həm Türkiyə Super Liqasında, həm də UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkmişdi.
Hazırda Barış Alper Yılmazla maraqlanan Premyer Liqa təmsilçilərinin olduğu bildirilsə də, "Qalatasaray"a hələlik rəsmi transfer təklifi daxil olmayıb.
Transferlə bağlı ən maraqlı iddialardan biri isə "Monako" ilə əlaqədardır. Bildirilir ki, Fransa Liqa 1 təmsilçisi uzun müddətdir 1,86 metr boya malik futbolçunu izləyir və onun çıxışını yaxından təhlil edir.
Məlumata görə, "Monako"nun maliyyə vəziyyəti kifayət qədər sabitdir. Klub ötən mövsüm Fransa çempionatını 7-ci pillədə başa vurduğundan, yeni mövsüm üçün daha iddialı heyət formalaşdırmağı planlaşdırır. Bu məqsədlə Barış Alper Yılmazın mümkün transferi üçün əhəmiyyətli maliyyə vəsaiti ayrıldığı iddia olunur.
Hazırkı mərhələdə rəsmi razılaşma olmasa da, yaxın günlərdə milli futbolçunun gələcəyi ilə bağlı yeni inkişafların yaşana biləcəyi bildirilir.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, transfer yarışına qoşula biləcək sürpriz klub isə Fransanın "Monako" komandası hesab olunur.