Məşhur klub Rusiya çempionatında oynamağa hazırlaşır

16.10.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Ukraynanın “Şaxtyor” klubu 2026-cı ildən Rusiya çempionatında mübarizə apara bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sport Baza” portalı məlumat yayıb. Klub lisenziya işlərinə başlayıb və Rusiya Futbol Federasiyasından şifahi razılıq alıb.

“Şaxtyor” mübarizəyə Rusiya II Liqasında başlayacaq və ev oyunlarını Krımda keçirəcək.

FIFA və UEFA Rusiya klublarını Ukrayna ilə müharibə səbəbindən beynəlxalq oyunlardan kənarlaşdırıb. “Şaxtyor” bu qərarla üzləşməməsi üçün Rusiya Kubokunda iştirak etməyi düşünmür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью