Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Maliyyə feyr-pleyi (FFP) qaydalarını pozmaqda ittiham olunan "Mançester Siti"yə qarşı mümkün sanksiyalar idman ictimaiyyətində geniş müzakirə olunmağa davam edir.
“Yeni Sabah” xəbər verir ki, klubun maliyyə qayda pozuntuları ilə bağlı aparılan araşdırmalar çərçivəsində tətbiq olunacaq cəzalar arasında ötən illər üzrə qazanılan çempionluqların ləğv edilməsi ehtimalı da var. Bu ssenari gerçəkləşəcəyi təqdirdə, ispaniyalı mütəxəssis Pep Qvardiolanın Mançester təmsilçisinin sükanı arxasında qazandığı 6 Premyer Liqa çempionluğunun da rəsmi statistikalardan və tarixdən silinməsi təhlükəsi yaranır.
Qeyd edək ki, "Mançester Siti" ittihamları rədd edir və hüquqi müstəvidə mübarizəsini davam etdirir. Əgər retrospektiv sanksiyalar tətbiq olunarsa, müvafiq mövsümlərdə turnir cədvəlində ikinci yeri tutan komandaların qalib elan edilə biləcəyi vurğulanır. Marqarita pizza