525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yunanıstanda bal ayına getmiş cütlük helikopter qəzasında həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sinfos adasında, Tolos adlanan ərzidə baş verib.
Londondan bal ayına gəlmiş cütlük Afinadan bu adaya şəxsi "Bell 206" markalı helikopterdə səyahət edirmişlər. Enişə az qalmış texniki nasazlıq üzündən nəqliyyat vasitəsi yerə çırpılıb. Qəzadan dərhal sonra yanğın başlayıb və helikopterdən demək olar ki, heç nə qalmayıb.
Qeyd edək ki, qəzada həlak olanlar Aleksandr Kromi, həyat yoldaşı Mari və 55 yaşlı pilotdur. 31 yaşlı Aleksandr Kromi məşhur "Blackstone" ABŞ investisiya kompaniyasının Londondakı baş ofisinin vitse-prezidenti idi.
L.Tağıyeva