Məşhur krem markası YIĞIŞDIRILIR FOTO

12.03.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransız kosmetika nəhəngi L'Oréal, tərkibindəki benzoil peroksid səbəbiylə ABŞ-da La Roche-Posay brendi ilə satılan "Duo Acne Spot Treatment" adlı məhsulunu geri çağırmaq qərarına gəlib. 

News24.az Bloomberg-ə istinadən xəbər verir ki, məhsulun müəyyən şərtlər altında kanserogen komponentə çevrilə biləcəyi iddiası diqqət çəkib.

La Roche-Posay səlahiyyətliləri, yüksək temperatur və ultrabənövşəyi şüalar kimi faktorlara məruz qaldıqda benzoil peroksidin benzol adlanan kanserogen maddəyə çevrilə biləcəyini bildirib. Bununla belə, markanın sözçüsü bu tərkib hissəsinin yalnız az bir məhsul partiyasında tapıldığını bildirib.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью