Məşhur küçə rəssamı Britaniyanın dövlət büdcəsinə zərər vurdu

11.08.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məşhur küçə rəssamı Bənksinin əsərlərinin sökülməsi və təmizlənməsi Böyük Britaniyanın dövlət büdcəsinə təxminən 150 min sterlinqə başa gəlib.
Kulis.az xəbər verir ki, ən böyük xərc 2025-ci ilin sentyabrında Londondakı Kral Ədalət Məhkəməsinin divarına çəkilmiş rəsmə çəkilib.
Binadan boyanın təmizlənməsi və mühafizə tədbirləri üçün 85 min sterlinqdən çox vəsait xərclənib.
Bununla yanaşı, 2026-cı ilin aprelində Londonda ucaldılan Bənksiyə aid heykəlin mühafizə barierləri və heyət xərcləri üçün 60 min sterlinq, 2024-cü ilin avqustunda polis köşkündə çəkilən pirana akvariumu rəsminin götürülməsinə isə 2 200 sterlinq xərclənib.
Bəzi sənətşünaslar Bənksinin işlərini müdafiə edərək onların turizmə və insanları bir araya gətirməyə böyük töhfə verdiyini bildirsə də, Britaniya siyasətçiləri bunun dövlət büdcəsinə lazımsız yük olduğunu və vandalizm aktı kimi qiymətləndirilməli olduğunu vurğulayırlar.
Qeyd edək ki, bu vəziyyət vergi ödəyicilərinin vəsaiti hesabına Bənksinin əsərlərinin qorunmasının nə dərəcədə doğru olması ilə bağlı müzakirələri yenidən alovlandırıb.


Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью