Məşhur Luvr muzeyi qarət olundu

19.10.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 19-da səhər saatlarında Luvr muzeyində qarət hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Raşida Dati məlumat verib.

"Oğurluq bu gün səhər saatlarında Luvrda baş verib. Mən muzey işçiləri və polislə birlikdə hadisə yerindəyəm. Hazırda araşdırma aparılır", - nazir bildirib.

“Le Parisien” qəzetinin məlumatına görə, bir neçə oğru muzeyin pəncərələrini sındırıb və zinət əşyalarını oğurlayaraq qaça biliblər.

Hadisəni törədənlərin silahlı olduğu bildirilir.

Luvr rəhbərliyi muzeyi ictimaiyyət üçün bağlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью