Məşhur mağazada geyinmə otağı lentə alınır Video

18.07.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

"Nyu Yorker" mağazalar şəbəkəsinin “28 Mall” filialında müştəri məxfiliyinin pozulması ilə bağlı ciddi iddia yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, mağazanın soyunub-geyinmə kabinəsi müşahidə kamerası tərəfindən lentə alınır.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Murad Muradlı video paylaşıb.

Qeyd edək ki, sözügedən məsələ bundan öncə də dəfələrlə gündəmə gəlib. Mağaza açıqlama verərək, kameranın geyinmə otağını çəkmədiyini bildirib.

Həmin görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью