Məşhur mağazanın yerləşdiyi yer satışa çıxarıldı: Bir milyona...

18.11.2025

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Xırdalan şəhərində “Rahat Market”in yerləşdiyi mağaza sahəsi 1 milyon manat civarında satışa çıxarılıb.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərraca çıxarılıb. Sahəsi 411 kv.metr olan mağazanın ilkin bazar qiyməti 1 milyon 150 min manat, hərrac qiyməti isə 977 min manatdır.

Qeyd edək ki, mağaza sahəsinin satışı ilə bağlı hərrac dekabr ayının 8-də keçiriləcək. Bu tipli hərraclar adətən bankda girov qoyulan əmlaklarla bağlı olur. Böyük məbləğdə kredit öhdəliyi yerinə yetirilmədikdə girov qoyulan əmlak məhkəmə qaydası ilə hərraca çıxarılır və borc öhdəliyi yerinə yetirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью