Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu həftə toplaşacaq.
Komissiyanın ilk iclasının fevralın 12-də keçiriləcəyi gözlənilir.Redaktor.az xəbər verir ki, modern.az saytı Əfv Komissiyası ilə bağlı maraqlı məlumat əldə edib.Məlum olub ki, bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.Beləliklə, Əfv Komissiyası bu ildən yeni tərkiblə fəaliyyət göstərəcək.Komissiyanın tərkibi Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq dəyişib.
Belə ki, keçmiş deputat Sədaqət Vəliyeva komissiya üzvlüyündən çıxarılıb, onu Milli Məclisin VII çağırışının deputatı Mehriban Vəliyeva əvəz edib.Bundan başqa, Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Aygün Mikayılova da Əfv Komissyasının üzvləri sırasına daxil edilib.Hazırda Prezident yanında Əfv Məsələləri Komissiyası aşağıdakı tərkibdə fəaliyyət göstərir:Komissiyanın sədri Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Komissiyanın üzvləri Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Fərid Əhmədov – Azərbaycan Respublikasının Ədliyyə naziri Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Allahşükür Paşazadə – Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Əhliman Əmiraslanov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri Zahid Oruc – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Fazil Mustafa – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Vəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Rəşad Məcid – Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri Aygün Mikayılova – 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Komissiyanın katibi Kəmalə İsmayılova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.