Məşhur Məmmədovun Embafinans ı borc içində: Rəhbərinə stop qoyulub

17.10.2025

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Bank Olmayan Kredit Təşkilatı "Embafinans" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dövlətə külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun məbləği 371995.4 AZN-dir. 

Sözügedən borca görə, şirkətin qanuni təmsilçisi Hüseynov Nahid Şahin oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qeyd edək ki, 2012-ci ildə yaradılan, nizamnamə kapitalı bir milyon manat olan"Embafinans" QSC-nin əsas payçılarından biri Milli Məclisin deputatı Məşhur Məmmədovdur. 

2021-ci ildə deputat "Embafinans"ın səhmdarları Elşad Abbasov (60%) və Milli Məclisin 6-cı çağırış deputatı Məşhur Məmmədov (40%) paylarının bir hissəsini yeni investora satıblarlar. Tamara Polyakova BOKT-un səhmlərinin 14%-nə yiyələnib. Bu əməliyyatdan sonra Elşad Abbasovun payı 51%-ə, Məşhur Məmmədov isə 35%-ə düşüb.

Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью