Məşhur məşqçi öldü

19.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstriyalı futbolçu və məşqçi Ditmar Konstantini 70 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, Ditmar futbolçu karyerasına 1975-ci ildə Avstriyanın “Vakker İnsbruk” klubunda mərkəz müdafiəçisi kimi başlayıb.

Daha sonra LASK-a, oradan isə Yunanıstana köçüb və burada “Kavala” komandasında çıxış edib. O, həmçinin “Union Wales”, “Favoritner” və “Wiener Sport Club” klublarının rənglərini qoruyub.

1987-ci ildə futboldan ayrılaraq “Əl-İttihad”ın məşqçilər heyətinə qoşulub. Sonradan o, Avstriya gənclər komandasına rəhbərlik edib və 1991-ci ildə ilk dəfə Avstriya millisinin baş məşqçisi olub. Lakin o, bu vəzifədə çox qalmadı və sonradan köməkçi məşqçi oldu. 1993-cü ildə klub futboluna qayıtdı və “Admira Vakker”ə rəhbərlik etdi.

O, iki il “Vakker”də işləyib, sonra “Tirol”a keçib. 1997-ci ildə Almaniyada “Maynts”ın baş məşqçisi oldu, lakin mövsümün sonunda klubla əməkdaşlığa son qoydu.

2008-ci ildə o, ikinci dəfə Avstriya yığmasına başçılıq etdi. O, iki il milli komandaya rəhbərlik edib, bundan sonra səhhətində yaranan problemlə əlaqədar postunu tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью