Məşhur məşqçi yığmaya qayıdacaq

05.04.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli əvvəlki iş yerinə qayıdacaq.
“La Gazzetta dello Sport”un məlumatına görə, məşhur məşqçi bu dəfə milli komandanın texniki direktoru olacaq. O, yığmanın klublarla qarşılıqlı əlaqəsini koordinasiya edəcək. Prandelli vəzifəsinin icrasına bu ilin iyun ayında başlayacaq. 67 yaşlı mütəxəssis bu yaxınlarda vəzifəsindən ayrılan Demetrio Albertinini əvəz edəcək.
Xatırladaq ki, Prandelli 2010-14-cü illərdə İtaliya yığmasının baş məşqçisi olub. O, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatındakı uğursuzluqdan sonra istefa verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью