Məşhur milyarder vəzifəsini tərk edir

04.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

94 yaşlı amerikalı investor Uorren Baffet bu ilin sonuna qədər "Berkshire Hathaway" konqlomeratının baş icraçı direktoru vəzifəsini tərk edəcək.

Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə Baffet "Berkshire Hathaway" səhmdarlarının illik ümumi yığıncağında danışıb.

Qeyd olunub ki, Baffet "Berkshire Hathaway"in yeni rəhbəri vəzifəsinə Qreq Abelin təyin olunmasını tövsiyə edib.

Xatırladaq ki, 94 yaşlı Baffet 169 milyard dollar sərvətlə "Bloomberq" milyarderlər siyahısında 5-ci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью