Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ FOTO

02.01.2025

Icma.az bildirir, Publika.az portalına istinadən.

İtaliyanın "Missoni" moda evinin həmtəsisçisi Rosita Missoni 93 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "La Republica" məlumat yayıb.

“Onlar öz unikal izləri ilə dünyanı fəth etdilər”,- deyə "La Republica" yazır.

Fotoda Rosita Missoni

Fotoda Ottavio Missoni

Missoni brendi 1953-cü ildə Rosita Missoni və əri Ottavio Missoni tərəfindən yaradılıb. Sahibkarın əri 2013-cü ildə dünyasını dəyişib.

2023-cü ilə qədər brend 20 ölkədə mövcud idi, moda evinin illik gəliri 135 milyon dollar olaraq qiymətləndirilir.

Hüseyn İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью