Məşhur model 13 il azadlıqdan məhrum edildi

18.01.2025

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2018-ci ildə məşhur model Deniz Akkaya və daha 5 nəfər, modelin keçmiş meneceri Merih Yılmazı döyərək avtomobilini ələ keçirmişdilər. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, ötən gün İstanbul Ağır Cəza Məhkəməsində keçirilən prosesdə sözügedən məhkəmə ilə bağlı Akkaya barəsində hökm oxunub. Deniz Akkaya və daha 5 şübhəli "Yaşayış yerinin talanması” və "Azadlıqdan məhrum etmə” cinayətlərinə görə 13 il 4 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью