Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hər il Hellouin bayramında geyindiyi qeyri-adi libaslarla diqqət mərkəzində olan supermodel və televiziya ulduzu Heydi Klum Nyu-Yorkdakı ənənəvi şənliyinin 25-ci ildönümündə yenidən diqqətləri üzərinə çəkib.
Kulis.az xəbər verir ki, məşhur model bu dəfə öz sol əlindən ilhamlanaraq hazırlanan nəhəng və qanlı kəsilmiş əl kostyumunda qırmızı xalıya çıxıb.
Üzünün böyük hissəsi kostyumun içində gizlənən və yalnız gözləri ilə ağzı görünən Klumun obrazında qanlı vətərlər, qırmızı dırnaqlar, nişan və nikah üzükləri diqqət çəkib.
Çəkisi xeyli ağır olan bu libasın geyinilməsi 6 saata yaxın vaxt aparıb.
Onun həyat yoldaşı Tom Kaulitz qastrolda olduğu üçün model üzük barmağına onun adını həkk etdirərək həyat yoldaşını da obraza daxil etdiyini bildirib.
Qeyd edək ki, 25 ildir ki, təşkil etdiyi məclislərdə Meduza, soxulcan, tovuz quşu və "Thriller" klipindəki qurd adam kimi iddialı obrazlara bürünən Heydi Klum bu il də şou aləmində böyük əks-səda doğurub.
Tanınmış aktrisanın baş rolu canlandırdığı film "Qızıl Portağal"da yarışacaq Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində "Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar