Icma.az bildirir, Qaynarinfo portalına istinadən. Məşhur model Klaudiya Şiffer uşaqları və onların rifahını ön planda tutaraq karyerasını da
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Daily Mail" nəşrinə danışıb.
"20 yaşlarımda həyatım karyera, rəqabət və uğura nail olmaq ətrafında qurulmuşdu. Lakin uşaqlarım doğulandan sonra hər şey dəyişdi.
İndi ailəm ilə fəxr edirəm və övladlarımın sadə, təvazökar insanlar olması mənim üçün ən böyük dəyərdir.
Onların rifahı mənim və həyat yoldaşımın əsas prioritetidir.
Daha çox fotosessiya, moda nümayişi və layihələrdə iştirak edə bilərdim, amma iş və ailə ilə keçirdiyim zaman arasındakı tarazlıq mənim üçün daha vacibdir.
Ailəm mənə ehtiyac duyduğu zaman onların yanında olmaq mənim üçün çox önəmlidir", deyə Şiffer bildirib.
Klaudiya Şiffer rejissor və prodüser Metyu Von ilə ailə qurub.