Məşhur model özünü mükəmməl elan etdi

06.02.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Braziliyalı model Adriana Lima “Perfect” jurnalının mart sayının üz qabığının ulduzu olacaq.

“Cebheinfo.az” xəbər verir ki, o, "Mükəmməl" mənasını verən jurnal üçün “zamansız zəriflik” temalı çəkilişdə iştirak edib. 

43 yaşlı Lima keçən il ikinci dəfə ailə qurub və üçüncü dəfə ana olduqdan sonra aldığı doğuş kilosundan qurtulub. 

Yenidən podiuma qayıdan 3 uşaq anası Lima "Yaxşı olanda, çox yaxşıyam. Amma pis olanda, daha da yaxşıyam. Hər vəziyyətdə mükəmmələm",- deyib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью