Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransada 25 yaşlı braziliyalı model Larissa Brito dos Santosa keçmiş sevgilisinin avtomobilində ölü vəziyyətdə aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Hadisə sentyabrın 21-də Provans-Alp-Kot d'Azur bölgəsinin Brinyoles kommunasında baş verib.
Gömrük əməkdaşları magistral yolda nəqliyyat vasitələrinə planlaşdırılmamış yoxlama keçirərkən dayandırılan avtomobillərdən birinin arxa oturacağında çoxsaylı bıçaq xəsarətləri olan qadın aşkarlayıblar.
Qadının artıq öldüyü müəyyən edilib. Avtomobili idarə edən və yalnız Matye adı açıqlanan şəxs saxlanılıb.
İstintaq zamanı ölənin 25 yaşlı Larissa Brito dos Santos olduğu müəyyənləşib. San-Pauluda doğulan model 2023-cü ildə Fransaya köçüb və burada fəaliyyətini davam etdirib.
Məlumata görə, Larissa yaz aylarında Matye ilə münasibətə başlayıb. Lakin onun cinayət keçmişi olduğunu öyrəndikdən sonra münasibətə son qoyub və başqa şəhərə köçüb.
Hazırda hadisənin motivləri və qətlin hansı şəraitdə törədildiyi araşdırılır.
Murad İsmayıl