Məşhur modelin 27 yaşlı oğlu öldü

21.09.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Dünya şöhrətli model Sindi Kraufordun oğlu Presli Gerber 27 yaşında həyatını itirib.
Demokrat.az
TMZ nəşrinə istinadən xəbər verir ki, Presli Gerber Los-Ancelesdə yerləşən reabilitasiya mərkəzində vəfat edib. Los-Anceles dairəsinin Məhkəmə Tibbi Ekspertiza İdarəsi də onun ölümünü təsdiqləyib. Ölüm səbəbi hələlik açıqlanmayıb.
Sindi Kraufordun və iş adamı Rande Gerberin ilk övladı olan Presli də anası və bacısı Kaya Gerber kimi modellik fəaliyyəti ilə məşğul olub. O, 15 yaşında podiuma çıxıb, "Dolce & Gabbana" və "Calvin Klein" kimi məşhur brendlərin kampaniyalarında yer alıb.
Presli Gerber son illərdə şəxsi və psixoloji problemləri barədə açıq danışıb. 2019-cu ildə alkoqol və ya narkotik maddənin təsiri altında avtomobil idarə etdiyi üçün saxlanılıb. Ötən ilin noyabrında isə sosial mediadan bir müddət uzaqlaşaraq psixi sağlamlığına diqqət ayıracağını açıqlamışdı.
Onun bacısı Kaya Gerber də ötən ay verdiyi müsahibədə qardaşının narkotik istifadəsi və psixi sağlamlıq problemlərinin ailəyə təsirindən danışmışdı.
Sindi Kraufordun mətbuat katibi ailənin adından qısa açıqlama verərək onların bu ağır və ağrılı dönəmdə şəxsi həyatlarına hörmət edilməsini xahiş edib.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью