Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Supermodel Sindi Kroufordun oğlu Presli Gerberin həyatını itirməsinə səbəb kimi yüksək doza narkotik vasitə qəbulu göstərilir.
Medicina.az xəbər verir ki, Gerberin meyitində zorakılıq əlamətləri aşkar edilməyib,.
Kroufordun oğlu bir neçə şəxslə birlikdə reabilitasiya mərkəzində müalicə alırdı. Baş vermiş faciədən sonra Sindi Krouford, onun həyat yoldaşı Rendi Gerber və qızı Kayya Gerber ictimaiyyətdən onları narahat etməməyi xahiş ediblər.
"Page Six" nəşri supermodelin oğlunun vəziyyəti ilə əlaqədar 911-ə (ABŞ-nin vahid təcili yardım nömrəsi) edilən zəngin səs yazısını paylaşıb. Səs yazısında "ürək dayanması" və "həddindən artıq doza" sözlərinin təkrarlandığı eşidilir.
Medicina.az