Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Dünyaca məşhur modellər Gigi Hadid və Bella Hadidin anası Yolanda Hadidlə bağlı yeni xəbər yayılıb.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, Yolanda Hadid üçüncü dəfə nikah masasına əyləşməyə hazırlaşır.
Niderland əsilli amerikalı keçmiş model Yolanda Hadid daşınmaz əmlak inkişaf etdiricisi Rendi Kendriklə nişanlanıb. Bir müddətdir eşq yaşayan cütlük münasibətlərini rəsmiləşdirmək üçün ilk addımı atıb.
Məlumata görə, Rendi Kendrik bu həftənin əvvəlində Yolanda Hadidə evlilik təklifi edib və o, təklifi qəbul edib.
Qeyd edək ki, Yolanda Hadid 1994-cü ildə fələstin əsilli daşınmaz əmlak maqnatıMəhəmməd Hadidlə ailə həyatı qurub. Bu evlilikdən onların Gigi, Bella və Ənvər adlı üç övladı dünyaya gəlib. Cütlük 2000-ci ildə ayrılıb. Boşandıqdan sonra Yolanda "Hadid" soyadını istifadə etməyə davam edib.
Həmidə İbrahimova