Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi

18.09.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyalı məşhur müğənni Assala Nasri uzun fasilədən sonra Dəməşqdə səhnəyə qayıdıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi təxminən 15 ildən sonra Feyha İdman Salonunda konsert proqramı ilə çıxış edib.

Assala Nasri 2011-ci ildə Suriyada başlayan üsyan zamanı ölkə əhalisinə dəstək ifadə etdiyinə görə o vaxtkı hakimiyyətlə qarşıdurma yaşamış və nəticədə ölkəni tərk etmişdi. İllər sonra Dəməşqə qayıdan müğənni konsertdə çoxsaylı pərəstişkarları ilə görüşüb.

Sənətçi səhnədə ilk olaraq "Başını dik tut, sən azad suriyalısan" sözləri ilə tanınan inqilabi himni səsləndirib. Sözügedən mahnı 2011-ci ildən etibarən Suriyada keçirilən etiraz aksiyaları və müxtəlif tədbirlər zamanı geniş istifadə olunan əsərlərdən biridir.

Konsert zamanı Assalaya atası Mustafa Nasriyə məxsus, təxminən bir əsrlik ud da təqdim olunub. Musiqi aləti 2013-cü ildən etibarən onu qoruyan antikvar satıcı tərəfindən müğənniyə hədiyyə edilib.

Qeyd edək ki, Assala Nasri Dəməşqdə sonuncu konsertini 2010-cu ilin fevralında keçirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью