Məşhur müğənni 22 kq arıqladı FOTO

11.07.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, onun arıqlaması nəticəsində baş verən dəyişiklik  hamının təəccübünə səbəb olub.

Uzun müddətdir ictimaiyyətin diqqətindən uzaq bir həyat yaşayan məşhur müğənni son paylaşımı ilə diqqət çəkib. Sərt pəhrizlə bir ildə 22 kilo arıqlayan müğənni hazırkı görünüşünü paylaşıb. 

85 kq-dan 63 kq-a düşən Müftüoğlu həkimi ilə çəkdirdiyi şəkli paylaşıb. Bir il əvvəl səhhəti baxımından çətin bir dövr keçirdiyini deyən məşhur müğənni bunları deyib:

"Doktor Xəlilin yanına gəlməyimdən düz bir il keçib. Sağlamlığım tamamilə pisləşmişdi. Şəkər səviyyəm, çəkim, xolesterolum həddindən artıq yüksək idi. Bir ildə 85 kiloqramdan 63 kiloqrama qədər olan yolum, əlbəttə ki, Doktor Xəlilin nəzarəti altında olub... O, məni yenidən sağlamlığa qaytardı. Təşəkkür edirəm, həkim".
Xeyli arıqlayan məşhur müğənni son görünüşü ilə pərəstişkarları tərəfindən  müsbət dəyərləndirilib.

Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью