Məşhur müğənni 70 milyon cərimələndi

18.06.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli məşhur müğənni Haluk Levent qarşılıqsız çek işi ilə bağlı məhkəmə tərəfindən 70 milyon lirədən (təxminən 2.6 milyon manat) çox məbləğdə pul cəriməsinə məhkum edilib.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, məhkəmə onun barəsində həmçinin çek tərtib etmək və çek hesabı açmaq qadağası tətbiq edib.

Qeyd edək ki, Haluk Levent haqqında ötən il tərtib etdiyi iki çekin qarşılıqsız çıxması səbəbindən şikayət olunmuşdu. İş üzrə beşinci məhkəmə iclası İstanbul Anadolu Ədliyyəsində keçirilib.

İclasda müğənninin özü, şikayətçi tərəf və onların vəkilləri iştirak ediblər. Məhkəmə iş materiallarını araşdırdıqdan sonra qərarını açıqlayıb.

Məhkəmə Haluk Leventi "çeklə bağlı qarşılıqsız əməliyyatın həyata keçirilməsinə səbəb olmaq" ittihamı üzrə təqsirli bilib.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью