Məşhur müğənni ana OLDU

12.12.2024

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin məşhur müğənnisi Tuğçe Kandemir ilk dəfə ana olub. Ötən ilin dekabr ayında Abdullah Karatay ilə ailə quran Kandemir, oğul övladını qucağına alıb.

Redaktor.az xəbər verir ki,cütlük keçən il Mersində ailələri və yaxın dostlarının iştirakı ilə keçirilən mərasimdə ailə həyatı qurub.  "Səni Öpdüyüm Küçə", "Yanlış", "Nə Gözəl Yaradıb", "Qəlbim Qırğın" kimi məşhur mahnıları ilə tanınan müğənni bir müddət əvvəl hamilə olduğunu sosial mediada elan etmişdi.

Tuğçe Kandemir oğluna "Demir" adını qoyub. Ana olmağın sevincini yaşayan müğənni xəbəri sevənləri ilə bölüşüb.

Kənan Yusif 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью