Məşhur müğənni barədə qərar verildi Qadağa tətbiq edildi

18.06.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Türkiyəli müğənni Haluk Levent barəsində qarşılıqsız çek tərtib edilməsi iddiası ilə açılan məhkəmə işində qərar elan olunub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə Haluk Leventin təxminən 70 milyon Türkiyə lirəsi məbləğində pul cəriməsi ödəməsinə hökm verib.

Qərara əsasən, sənətçiyə həmçinin çek tərtib etmək və çek hesabı açmaq qadağası da tətbiq olunub.

Qeyd edək ki, qərarın yuxarı instansiya məhkəmələrində mübahisələndirilib-mübahisələndirilməyəcəyi hələlik məlum deyil.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью