Məşhur müğənni Bayhan acı xəbəri sosial mediadan PAYLAŞDI

28.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Məşhur müğənni Bayhan atasının vəfat etdiyini sosial media hesabından açıqlayıb. O, Instagram-da etdiyi paylaşımda bu acı xəbəri izləyiciləri ilə bölüşüb.

Redaktor.az xəbər verir ki, Türkiyə Bayhanı Kanal D-də yayımlanan "Popstar" yarışması ilə tanımışdı.

Yarışmadan sonra tərzi və görünüşü ilə tez-tez gündəmə gələn Bayhan, atasının vəfatı ilə bağlı paylaşımında belə deyib: “Atam Sabahattin Gürhan həyata vida edib".

Bayhanın izləyiciləri ona başsağlığı mesajları göndərərək dəstəklərini ifadə ediblər.

Seymur BƏNNAYEV 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью