Məşhur müğənni boşandığı üçün peşman olduğunu dedi

05.11.2024

Icma.az, Lent az saytına istinadən bildirir.

Müğənni Almaz Saraylı qatıldığı bir proqramda şəxsi həyatı ilə bağlı maraqlı etiraf edib.

Lent.az xəbər verir ki, müğənni həyat yoldaşından ayrıldığını, lakin bunun üçün çox peşman olduğunu deyib.

“Keçmiş həyat yoldaşım çox yaxşı insan idi. Sadəcə deyirdi qız toylarına get, ansamblında kişilər olmasın, efirə çıxma. Ayrılıq səbəbimiz bu oldu. Ondan ayrıldım. İki övladımız var, o, ailə qurdu, gözəl insandır, haqqında heç bir xoş olmayan söz deyə bilmərəm”,- deyə o qeyd edib.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью