Məşhur müğənni Bülent Ersoydan sərt açıqlama

12.08.2025

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Müğənni Bülent Ersoy Antalya açıq hava səhnəsində verdiyi konsertdə fonoqram ifa edən sənətçilər haqqında sərt çıxış edib.

Kulis.az xəbər verir ki, “səsiniz yoxdursa, xalqı aldatmayın, gedin evinizə!” – deyə səhnədən səslənən Ersoy, texnologiyasız, canlı oxumağın əsl sənət olduğunu vurğulayıb.

O, məşhur bir sənətkarın fonoqram konsertində, tamaşaçıların etirazla salonu tərk etdiyini də bildirib.

“Keçmiş uğurlarla yaşamaq olmaz, hazıra dağ dayanmaz” sözləri ilə həmkarlarını xəbərdar edən Ersoy, özünü “qələbələrin qadını” adlandırıb.

Qeyd edək ki, Bülent Ersoy ötən günlərdə də eyni mövzu ilə bağlı oxşar sərt açıqlamalar vermiş və fonoqramla ifa edən sənətçiləri tənqid etmişdi.

Müasirlik yoxsa kökünə arxa çevirmək? - Kamil Əlisoy Məşhur pop ulduzunun corabları inanılmaz qiymətə satıldı Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью