Məşhur müğənni daha bir əməliyyat KEÇİRƏCƏK

13.01.2025

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Məşhur türkiyəli müğənni Edip Akbayram daxili qanaxma səbəbilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Manset.az xəbər verir ki, o, bir gün əvvəl Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında əməliyyat olunub.

Sənətçinin qızı Türkü Akbayram atasının vəziyyəti ilə bağlı açıqlama verib və sabah başqa bir əməliyyat olunacağını bildirib. 

Türkiyə mətbuatının verdiyi məlumata əsasən, Edip Akbayram hazırda süni nəfəs cihazına qoşulub və onun vəziyyəti həkimlərin nəzarəti altındadır. Sənətkarın müalicəsi davam edir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью