Məşhur müğənni dələduzluğa məruz qaldı KONKRET

31.01.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda müğənninin dələduzluğa məruz qalması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli oxu.az-a açıqlamasında bildirib ki, polisə vətəndaş Asif Məhərrəmovun evinin təmir-tikinti işləri zamanı pul vəsaitinin ələ keçirilməsi iddiası ilə bağlı müraciəti daxil olub.

Onun sözlərinə görə, müraciət əsasında Binəqədi Rayon Polis İdarəsində zəruri araşdırmalar aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью