Məşhur müğənni əməliyyat olundu

11.08.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Türkiyəli məşhur müğənni Dəniz Seki evində yıxılaraq xəsarət alıb və təcili əməliyyat olunub.
Kulis.az xəbər verir ki, sənətçi gecə saatlarında evində pişiklərini və itlərini yemləmək istəyərkən döşəmədə ayağı sürüşərək yerə yıxılıb.
Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən müğənninin çanaq və onurğa sümüyündə zədələnmə aşkarlanıb və o, təcili əməliyyata alınıb.
Dəniz Sekinin sosial şəbəkə hesabından edilən rəsmi açıqlamada əməliyyatın uğurla keçdiyi və sənətçinin səhhətinin yaxşı olduğu bildirilib.
Həmçinin mətbuatda onun balkondan yıxılması ilə bağlı yayılan xəbərlərin təkzib edildiyi və müğənninin qısa istirahətdən sonra yenidən səhnəyə qayıdacağı qeyd olunub.

Van Qoqu, Freydi və Darvini roman qəhrəmanına çevirən yazıçı kim idi? “Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu Oğuzhan Uğur həbs edildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью